Cəmiyyətimizin var-dövlətə marağı – Mal-mülk üçün niyə özümüzü “ÖLDÜRÜRÜK?”

Cəmiyyətimizin var-dövlətə marağı – Mal-mülk üçün niyə özümüzü “ÖLDÜRÜRÜK?”

Hazırda oxunan: Cəmiyyətimizin var-dövlətə marağı – Mal-mülk üçün niyə özümüzü “ÖLDÜRÜRÜK?”

217079

Azərbaycanda insanlar mal-mülkə hər zaman həvəsli olublar. Həyatları boyu uşaqlarına ev verə bilmək üçün çalışırlar. Hətta bununla yetinmirlər, nəvələrini də düşünüb özlərini oda atırlar. Bir sözlə illərini, bəzən isə sağlamlıqlarını qurban verib, övladları üçün gün ağlayırlar. Gecə-gündüz işləyib, min bir əzabla yaşayanların bəzən öz başlarını salmağa damları belə olmur.

Yetər ki, övladlarının, hətta nəvələrinin gələcəyi qurulsun.

Xarici ölkələrdə isə bu düşüncə tam fərqlidir. İnsanların çoxunun həyat tərzinə nəzər salsaq görərik ki, həyatları boyu kirayə yaşayırlar. Pullarının çoxunu isə səyahətlərə və gündəlik məşğuliyyətlərinə xərcləyirlər. Onlar üçün daimi evin olması vacib deyil. Əsas odur günləri xoş, özləri sağlam, həyatları maraqlı keçsin. Düşünürlər ki, dünyadan köçəndə özünlə apara bilmədiyi var-dövlətə xərclədikləri pulu həyatı səmərəli yaşamağa sərf edər. Amma bizim cəmiyyət kirayədə yaşayanların halına acıyır, onların çətin vəziyyətdə olduqlarını düşünürlər.

Bəs, “Dünya malı dünyada qalır”sa, niyə öz qəsdimizə çıxmışıq? 

Hələ Azərbaycanda mal-mülk üstündə illərlə məhkəmələrdə sürünənləri demirəm. Bir qarış torpaq, ev və ya mülk üstündə qohum-əqrəbalarından, doğmalarından keçənlər də az deyil. Millət olaraq yalnız varlanmağa, mal-mülk sahibi olmağa çalışırıq.

Cəmiyyətimizdə ev həm də biznes növü kimi qiymətləndirilir. Amma mütəxəssislər daim deyirlər ki, ev alıb kirayəyə verməklə qazanmaq olmur. Çünki xərclədiyiniz pulu hər ay yenidən almış olursunuz və xərclədiyiniz puldan əlavə qazanmaq üçün illərlə gözləməlisiniz. Bir sözlə, əmlak qazanc mənbəyi deyil, pulu saxlamaq üçün daha münasibdir.

“Birinin gələcəyi oğurlanır, başqasının gələcəyi üçün...”

Millət vəkili Razi Nurullayev Bizim.Media-ya mövzu ilə bağlı fikirlərini bildirib. O qeyd edib ki, bu, yaxşı ənənə olsa da, digər tərəfdən övladların şəxsiyyət kimi yetişməsinə problem yaradır.

Deputat, cəmiyyətimizin əmlaka olan marağını başqa səbəblərlə də əlaqələndirib:

“Digər bir səbəb sabaha inamın olmamasıdır. Bu inamsızlığın da bir neçə səbəbi var. Məsələn valideyn düşünür ki, kimsə onun övladına sahib çıxmayacaq, sabah vəziyyət bu günkündən də ağır olacaq.
 

Məsələn, məhz bu inamsızlığa görə insanlar torpaq alan kimi tez onu hasarlayırlar. Çünkü, hasarlamayana qədər torpaq onun deyil, sabah gəlib başqası onun torpağını ələ keçirə bilər. Bilir ki, haqlı olsa belə məhkəmələrdə sürünə, torpağını itirə bilər.


Vəzifədə olan şəxslər sabaha inamsızdırlar. Düşünürlər ki, vəzifəsini itirə bilər, nə qədər imkan var, vəzifədədir daha çox toplasın, gələcəyini təmin etsin. Amma, bu gələcəyin təmin edilməsi, kimlərinsə gələcəyinin məhv edilməsidir. Birinin gələcəyi oğurlanır, başqasının gələcəyi üçün...  Nə qədər ki, ölkəmizdə sabaha, gələcəyə inam yaranmayıb, pullarımızı daşa-divara xərcləməyə davam edəcəyik”,- deyə millət vəkili əlavə edib.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO