Komitə sədrindən Razi Nurullayevə CAVAB – “Ölümlərin çoxu bu səbəbdən baş verir”

Komitə sədrindən Razi Nurullayevə CAVAB – “Ölümlərin çoxu bu səbəbdən baş verir”

Hazırda oxunan: Komitə sədrindən Razi Nurullayevə CAVAB – “Ölümlərin çoxu bu səbəbdən baş verir”

216669

“Kəndlərdə tibb məntəqələri ya yoxdur və bərbad vəıziyyətdədir. Demək olar ki, bütün kənd və qəsəbələrdə tibb məntəqələri ya təmirsizdir, ya işçiləri yoxdur ya da ümumiyyətlə məntəqə yoxdur”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

O, həmçinin, Azərbaycanın səhiyyə xəritəsinin yaradılmasının vacibliyini qeyd edib:

“Mənim deputat olduğum İmişlidə insanlar ürək tutmasından vəfat edir, elə kənd var orda əsasən şəkər xəstəliyindən vəfat edirlər. Ona görə də səhiyyə xəritəsi olmalıdır ki, orada insanların nədən ölməsini müəyyənləşdirmək mümkün olsun. Elə kəndlər var ki, orada onkoloji xəstəlik cavanlaşıb. Təbii ki, bunun müxtəlif səbəbləri ola bilər, yəni torpaqdan, çirklənmədən ola bilər. Ona görə də səhiyyə xəritəsinin hazırlanması və xəritəyə uyğun insanların sağlamlıqlarının qorunması yolunda addımlar atıla bilər”.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, bölgələr üzrə səhiyyə xəritəsi yoxdur:

“Amma Səhiyyə Nazirliyində olan məlumatlar əsasında hansı bölgədə hansı xəstəliyin daha çox yayılmasına baxmaq olar”.

O qeyd edib ki, bütün ölüm hadisələrinin 65 %-i ürək-damar patologiyasından baş verir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO