Xudafərin körpüsünün işğaldan azad olunmasından dörd il ÖTÜR

Xudafərin körpüsünün işğaldan azad olunmasından dörd il ÖTÜR

Hazırda oxunan: Xudafərin körpüsünün işğaldan azad olunmasından dörd il ÖTÜR

216598

Oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin erməni işğalından azad edilməsinin 4-cü ildönümüdür.

Bizim.Media xəbər verir ki, 2020-ci ilin bu günündə Xudafərin körpüsü ilə yanaşı, Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndləri işğalçılardan azad edilib.
 

Həmin ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.


Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Qeyd edək ki, 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid körpünün qalıqlarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO