Azərbaycanda məşhur taksi xidməti külli miqdarda CƏRİMƏLƏNDİ

Azərbaycanda məşhur taksi xidməti külli miqdarda CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Azərbaycanda məşhur taksi xidməti külli miqdarda CƏRİMƏLƏNDİ

216044

"Maxim" taksi sifarişi operatoru 20 000 manat məbləğində cərimələnib.

Bizim.Media xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər.

"Bellfast Baku" MMC ("Maxim" taksi sifarişi operatoru) AYNA tərəfindən cərimələnib.
 

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 326-2.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə şirkət barəsində AYNA tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib.


Qeyd edək ki, taksi sifarişi operatorlarının fəaliyyətinə AYNA tərəfindən nəzarət elektron qaydada həyata keçirilir.

Şirkətlər öz informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürürlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO