XALQ ARTİSTİ ÇAĞIRIŞ ETDİ: - “Xahiş edirəm, paylaşmayın!”

XALQ ARTİSTİ ÇAĞIRIŞ ETDİ: - “Xahiş edirəm, paylaşmayın!”

Hazırda oxunan: XALQ ARTİSTİ ÇAĞIRIŞ ETDİ: - “Xahiş edirəm, paylaşmayın!”

2160

Xalq artisi Fərhad Bədəlbəyli sosial şəbəkə istifadəçilərinə çağırış edib. 

Bizim.Media-ya müsahibəsində bildirib ki, mənim hərbiçi dostlarım bizdən ictimaiyyətin diqqətinə çatdırmağımızı istəyirlər ki, qeyri- rəsmi xəbərləri və görüntüləri paylaşmasınlar:

“Döyüş gedən  ərazilərmizdən paylaşımlar etməyin. Xahiş edirəm, düşmənə yardım edəcək xəbərlər yaymayın. O ərazilərdə hərbiçilərimiz vuruşurlar. Sizin etdiyiniz paylaşımlar sayəsində hərbiçilərimizin məntəqələrini təyin edib, onları vururlar”.

“Biz evdə oturmuşuq, onlar isə səngərdə döyüşürlər. Bu oyun deyil, sizə zarafat gəlməsin! Biraz ciddi və məsuliyyətli olaq. Qələbə də olacaq, Şuşamız da olacaq. Amma tələsməyək, ancaq rəsmi xəbərləri paylaşaq” - deyə, Xalq artisti əlavə edib. 

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO