Ağdamda ağır qəza: Yaralı Bakıya GƏTİRİLDİ

Ağdamda ağır qəza: Yaralı Bakıya GƏTİRİLDİ

Hazırda oxunan: Ağdamda ağır qəza: Yaralı Bakıya GƏTİRİLDİ

215320

Ağdamda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb. Rayonun Üçoğlan kəndi ərazisində baş verən qəzada "VAZ" markalı minik maşını ilə "Mercedes" markalı minik maşını toqquşub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü Baxşəliyev Bəxtiyar Yadigar oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı maşından FHN-ın xilasediciləri tərəfindən çıxarılıb. Ona ilkin tibbi yardım göstərilib. B.Bəxtiyarın vəziyyət ağır olduğu üçün o, paytaxtda yerləşən xəstəxanalardan birinə köçürülmək üçün yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO