Salyanda yol qəzası olub, bir ailənin beş üzvü xəsarət alıb

Salyanda yol qəzası olub, bir ailənin beş üzvü xəsarət alıb

Hazırda oxunan: Salyanda yol qəzası olub, bir ailənin beş üzvü xəsarət alıb

214613

Salyan rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir ailənin beş üzvü xəsarət alıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə rayonun Xalac kəndində baş verib.

Belə ki, kənd yolunda hərəkətdə olan minik avtomobili qarşısına iribuynuzlu heyvanın çıxması nəticəsində idarəetməni itirərək maneə çırpılıb.

Qəza zamanı avtomobildə bir ailənin beş üzvü - rayonun Xalac kənd sakinləri - 1991-ci il təvəllüdlü Babayeva Vüsalə Əlivahid qızı, 1962-ci il təvəllüdlü Babayev Allahşükür İbrahim oğlu, 2010-cu il təvəllüdlü Babayeva Sevgül Alim qızı, 2014-cü il təvəllüdlü Babayeva Sevinc Alim qızı və 2019-cu il təvəllüdlü Babayev Kənan Alim oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO