Lənkəranda 32 yaşlı kişinin meyiti tapılıb.
Bizim.Media xəbər veri ki, meyit Lənkəran rayonunun Göyşaban kəndi ərazisində, evlərin birinin həyətyanı sahəsindəki tikilidə aşkarlanıb.
Məlum olub ki, meyit sözügedən evdə qeydiyyatda olan 1992-ci il təvəllüdlü Röyal Elhad oğlu Nəsirliyə məxsusdur. Hazırda rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədirlər.
Onun hansı səbəbdən öldüyü araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu