Ötən ay əhali dərmanlara 67,6 milyon manat xərcləyib

Ötən ay əhali dərmanlara 67,6 milyon manat xərcləyib

Hazırda oxunan: Ötən ay əhali dərmanlara 67,6 milyon manat xərcləyib

21398

Bu ilin yanvar-aprel aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 283,7 mln. manat xərcləyib.

Bizim.Media-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 40,2% və ya 81,3 mln. manat artıb.

Cari ilin aprel ayında satışların həcmi 67,6 mln. manat təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 13% və ya 10,1 mln. manat azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 0,6 faiz bəndi çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO