Bakının bəzi rayonlarında yeni qazanxanalar tikilir - ÜNVANLAR - FOTO

Bakının bəzi rayonlarında yeni qazanxanalar tikilir - ÜNVANLAR - FOTO

Hazırda oxunan: Bakının bəzi rayonlarında yeni qazanxanalar tikilir - ÜNVANLAR - FOTO

213836

"Azəristiliktəchizat" ASC istismar müddəti başa çatmış qazanxanaların yenidən qurulması işlərinə başlayıb.

Bizim.Media xəbər verir ki, ilkin mərhələdə 4 qazanxananın - Yasamal rayonunun Tağı Şahbazi küçəsində 141 saylı, Səbail rayonunun Badamdar qəsəbəsi, T.Məmmadov 8 küçəsində 505 saylı, Nizami rayonunun Ə.Vəlivev 3 küçəsində 537 saylı, Nərimanov rayonunun Kaveroçkin 34 küçəsində 72 saylı qazanxananın bərpası, o cümlədən, 1 qazanxananın Səbail rayonu, Azərbaycan prospekti 3 ünvanında qazanxananın zirzəmidən çıxarılaraq layihə əsasında yenidən qurulması nəzərdə tutulur.
 

Layihə çərçivəsində köhnə tipli qazanxanaların tam sökülməsi, istismar müddətini başa vuran avadanlıqların çıxarılması, habelə yeni qazanxana binasının inşası və müasir tipli avadanlıqlarla təchizatı işləri icra ediləcək.


Yeni tikiləcək qazanxanalar ən müasir standartlara cavablar verəcək və enerji səmərəliliyinin artırılmasına, etibarlı və ekoloji cəhətdən təmiz enerjinin istehsalına, istehlakçıların keyfiyyətli istilik və isti su xidmətləri ilə təmin edilməsinə imkan verəcək.

Artıq işlərin icrasına başlanılıb və 2024-2025-ci illər istilik mövsümündə istismara verilməsi nəzərdə tutulur.

Bu qazanxanalardan ümumilikdə 52 yaşayış binası, 2 392 mənzil, 4 məktəb, 1 uşaq bağçası və 26 digər sosial obyekt istiliklə təmin ediləcək.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO