Sumqayıtda yataqxanada yanğın oldu

Sumqayıtda yataqxanada yanğın oldu

Hazırda oxunan: Sumqayıtda yataqxanada yanğın oldu

213736

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 15-ci məhəllə, R.Qəhrəmanov küçəsində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar olaraq nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
 

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 8 kvadratmetr olan mətbəxin yanar konstruksiyaları yanıb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb, yataqxana binası yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO