Tərtərdə avtoxuliqanlıq edib görüntülərini paylaşdı, SAXLANILDI - FOTO

Tərtərdə avtoxuliqanlıq edib görüntülərini paylaşdı, SAXLANILDI - FOTO

Hazırda oxunan: Tərtərdə avtoxuliqanlıq edib görüntülərini paylaşdı, SAXLANILDI - FOTO

213531

Tərtər rayonunda avtoxuliqanlıq edərək video görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan 1998-ci il təvəllüdlü Kənan Tağızadə müəyyən edilərək saxlanılıb. Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. K.Tağızadə barəsində toplanmış material məhkəməyə göndərilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO