Bu il övladlığa verilən uşaqların sayı AÇIQLANDI

Bu il övladlığa verilən uşaqların sayı AÇIQLANDI

Hazırda oxunan: Bu il övladlığa verilən uşaqların sayı AÇIQLANDI

213252

Bu ilin ötən dövründə 123 uşaq övladlığa verilib, onlardan 1 nəfəri (oğlan) 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsdir.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi yayıb.

Bildirilib ki, övladlığa verilənlərdən 59 nəfəri oğlan, 64 nəfəri qızdır.

Qeyd edilib ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

2024-cü il ərzində Agentlik tərəfindən 604 belə monitorinq həyata keçirilib.

Agentlik tərəfindən reinteqrasiya tədbirləri də davam edir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 78-i qız, 98-i oğlan olmaqla 176 uşaq öz ailələrinə qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO