Biləsuvarda ağır QƏZA: 4 nəfər xəsarət aldı - YENİLƏNİB

Biləsuvarda ağır QƏZA: 4 nəfər xəsarət aldı - YENİLƏNİB

Hazırda oxunan: Biləsuvarda ağır QƏZA: 4 nəfər xəsarət aldı - YENİLƏNİB

212029

Bəhrəmtəpə-Biləsuvar yolunun Ağayrı kəndindən keçən hissəsində baş verən qəzada R.Hümmətovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə Ə.Abıyevin idarə etdiyi "Belarus" markalı traktor toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü və minik maşınında olan 2 nəfər sərnişin xəsarət alıb.

Araşdırma aparılır.

15:10

Biləsuvarda ağır qəza baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobili traktorla toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO