Azərbaycanın neft-qaz gəlirləri azalacaq - Qarşıdakı 3 ildə

Azərbaycanın neft-qaz gəlirləri azalacaq - Qarşıdakı 3 ildə

Hazırda oxunan: Azərbaycanın neft-qaz gəlirləri azalacaq - Qarşıdakı 3 ildə
211956
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarşıdakı 3 ildə Azərbaycanın neft-qaz gəlirləri azalacaq, qeyri/neft-qaz gəlirləri artacaq.

Bizim.Media xəbər verir ki, bu, Maliyyə Nazirliyinin açıqladığı 2025-ci il və növbəti üç il üzrə icmal və dövlət büdcəsinin parametrlərində əksini tapıb.

Beləliklə, əgər 2024-cü ildə Azərbaycanın neft-qaz gəlirləri 17 milyard 769 milyon manat proqnozlaşdırılırsa, 2025-ci ildə 17 milyard 73 milyon, 2026-cı ildə 16 milyard 767 milyon, 2027-ci ildə 16 milyard 555,4 milyon, 2028-ci ildə 15 milyard 761,2 milyon manat proqnozlaşdırılır. Başqa sözlə, 2024 və 2028-ci illər müqayisə edilərsə, neft-qaz gəlirlərində 2 milyard 7,8 milyon manat, yəni 11,3 faiz azalma gözlənilir.

Qeyri/neft-qaz gəlirləri isə 2024-cü ildə 18 milyard 619 milyon manat proqnozlaşdırılırsa, 2025-ci ildə 19 milyard 543 milyon, 2026-cı ildə 21 milyard 356,3 milyon, 2027-ci ildə 22 milyard 596,5 milyon, 2028-ci ildə 23 milyard 992,4 milyon manat proqnozlaşdırılır. Başqa sözlə, 2024 və 2028-ci illər müqayisə edilərsə, qeyri/neft-qaz gəlirləri gəlirlərində 5 milyard 373,4 milyon manat, yəni 28,8 faizdən çox artım gözlənilir.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO