Dövlət qurumları vətəndaşdan kağız sənəd TƏLƏB EDƏ BİLƏRMİ?

Dövlət qurumları vətəndaşdan kağız sənəd TƏLƏB EDƏ BİLƏRMİ?

Hazırda oxunan: Dövlət qurumları vətəndaşdan kağız sənəd TƏLƏB EDƏ BİLƏRMİ?

212026

Azərbaycanda artıq neçə illərdir ki, “Elektron hökumət (E-hökumət) portalı fəaliyyətdədir. Bu portal müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.

Bu o deməkdir ki, dövlət qurumları arasında yazışmalar elektron qaydada aparılır və kağız kargüzarlığından imtina edilib.

Lakin nədənsə bəzi dövlət qurumları hələ də vətəndaşlardan kağız sənəd tələb edir.

Bu gün səhiyyə, təhsil və əhalinin daha geniş spektri ilə işləyən bəzi qurumlarda hələ də kağız yazışmaları qalmaqdadır. Ən qəribəsi də odur ki, bəzi dövlət qurumları öz aralarında yazışmaları da elektron qaydada yox, kağız üzərindən aparırlar. Bundansa ən çox əziyyət çəkən vətəndaşlardır.

Şagirdlərin yerdəyişməsində, bölgədən gələn xəstələrin qəbulunda və digər məsələlərdə vətəndaşlardan kağız sənəd tələb edilir. Halbuki, Ölkə Başçısının müvafiq fərmanına əsasən bütün bunlar elektron qaydada və vətəndaşın iştirakı olmadan aparılmalıdır.

“Dövlət qurumları arasında bütün yazışmalar elektron qaydada aparılmalıdır”

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, “E-hökümət”ə  keçilibsə o zaman kağız sənədin tələb olunması yanlışdır:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda tanınmış liseylərin direktorları vəzifələrindən ÇIXARILDI


“Bu məsələyə də münasibət birmənalı şəkildə bildirilməlidir. Dövlətin müəyyən prinsipləri var. Bu prinsiplərdən biri olan sadələşmə prosesinə keçid, həm də Ölkə Başçısının strategiyasıdır. Necə ki, ASAN Xidmət modelini tətbiq etməklə Respublika Prezidenti bütün dövlət sektoruna mesaj verdi ki, vətəndaşlara qarşı həssas olmalı, süründürməçilikdən və bürokratik əngəllərdən qaçılmalıdır. Ona görə də dövlət qurumları arasında bütün yazışmalar, sorğular elektron qaydada aparılmalıdır, vətəndaş əlavə vaxt və maddi itkidən azad olmalıdır.  

Hesab edirəm ki, bu prosesin sürətlənməsi üçün vətəndaşlar da daha cəsur olmalı, dövlət qurumları qarşısında öz hüquqlarını müdafiə etməlidirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO