Ukrayna polisi ölkəmizin Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxsi aşkarlayıb.
Bizim.Media xəbər verir ki,bu barədə Ukrayna Milli Polisi məlumat verib.
Təxminən bir ay öncə “Kiyev Operativ” saytı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ölkəmizin Ukraynadakı səfirliyi nəzdindəki nümayəndəliyinə məxsus D 041 005 nömrə nişanlı avtomobilin yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobili insanların üzərinə sürməkdə günahlandırıb. Bu məlumat yayılandan dərhal sonra Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına müraciət edərək səfirliyə məxsus saxta nömrə ilə idarə olunan avtomobilin tapılmasını istəmişdi.
Səfirliyin və DİN-in Ukraynadakı nümayəndəliyinin təkid və tələbindən sonra Azərbaycan diplomatik korpusuna məxsus saxta nömrə nişanı ilə avtomobili idarə edən şəxs saxlanılıb.
Bu şəxsin Levan Revazoviç Çexani olduğu müəyyən edilib. İlkin araşdırma zamanı onun avtomobilindən D 041 005 nişanlı saxta nömrə götürülüb.
Onu da qeyd edək ki, Kiyevdə saxta diplomat nömrəsi ilə avtomobillərin idarə edilməsi halları əvvəllər də aşkarlanıb. Hazırda faktla bağlı araşdırma aparılır, istintaqın nəticələri barədə əlavə məlumat veriləcək. (Azərtac)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:37 / 15.05.2021
Azərbaycanın Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxs saxlanıldı - FOTO
Hazırda oxunan: Azərbaycanın Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxs saxlanıldı - FOTO
Hazırda oxunan: Azərbaycanın Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxs saxlanıldı - FOTO
21189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.