Maşın alveri üçün vahid sistem yaradılacaq? - VİDEO

Maşın alveri üçün vahid sistem yaradılacaq? - VİDEO

Hazırda oxunan: Maşın alveri üçün vahid sistem yaradılacaq? - VİDEO

211039

Avtomobil almaq bizi bir çox gündəlik əziyyətlərdən qurtarsa da, yanlış seçim bizim üçün daha ciddi problemlər yarada bilər.

Bizim.Media xəbər verir ki, hazırda ikinci əl nəqliyyat vasitələrinə tələbat yenilərinə nisbətən daha yüksəkdir.

İkinci əl avtomobil alarkən isə bir sıra xoşagəlməz hallarla da qarşılaşırıq. Bəzən özümüz də bilmədən yeni, az işlənmiş adı altında qəza keçirmiş və yaxud əsas detalları dəyişdirilmiş avtomobillər alırıq.

"Maşının detallarını başqası ilə dəyişirlər. Oğurlayıb yerinə keyfiyyətsizini qoyurlar", - deyə sürücü Baku TV-yə mövzu ilə bağlı danışarkən deyib.

Bu kimi problemlərlə qarşılaşmamaq üçün digər ölkələrdə vahid reyestr sistemi fəaliyyət göstərir. Bəs bu sistemin xidmət göstəriciləri necə tənzimlənir?

"Belə bir sistem bir çox ölkələrdə yaradılıb. Bildiyim qədəri ilə, Azərbaycanda da bunun üçün tədbirlər görülür. Buna görə də aidiyyəti qurumlar qısqanclıq etməsə, bazanı versələr, bunu tez etmək mümkün olacaq", - deyə nəqliyyat-eksperti Elməddin Muradlı qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO