Qonşusu ilə mübahisə edən 73 yaşlı kişi infarkt keçirdi

Qonşusu ilə mübahisə edən 73 yaşlı kişi infarkt keçirdi

Hazırda oxunan: Qonşusu ilə mübahisə edən 73 yaşlı kişi infarkt keçirdi

210953

Tovuzda qonşular arasında dava bədbəxt hadisə ilə nəticələnib.

Bizim.Media-nın yerlli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Kənd sakini 1951-ci il təvəllüdlü R.Tağıyev infarkt keçirərək dünyasını dəyişib.

Mərhumun qohumlarının bildirdiyinə görə, 73 yaşlı kişi qonşusu ilə su arxına görə mübahisə etdikdən sonra evə gəlib və özünü pis hiss edib. Halı dəyişən Tağıyev ürək tutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO