Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz dəfn olunub.
Sfera.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.
Həmçinin dəfn mərasimində Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədov, nazirliyin Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov dəfndə iştirak ediblər.
Eyni zamanda Mədəniyyət Nazirliyi mərhum xalq artistimizin dəfn yerini təmin edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.