Qazaxda küçədə bıçaqlanma - ANBAAN VİDEO

Qazaxda küçədə bıçaqlanma - ANBAAN VİDEO

Hazırda oxunan: Qazaxda küçədə bıçaqlanma - ANBAAN VİDEO

210593

Qazaxda küçədə baş verən bıçaqlanma hadisəsi anbaan müşahidə kameralarına əks olunub.

Bizim.Media  xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, sentyabrın 5-də saat 22 radələrində Qazax Rayon Polis Şöbəsinə Masallı rayon sakini Elçin Burhanlının kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.

Araşdırmalarla Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Kərim Mansurovun aralarında yaranmış mübahisə nəticəsində E.Burhanlıya bıçaqla müxtəlif bədən xəsarətləri yetirməsi ilə bağlı şübhələr müəyyən edilib.

K.Mansurov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.

Həmin görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO