Naxçıvanda ticarət mərkəzindən 109 ədəd kəsici-deşici alət aşkarlandı – VİDEO

Naxçıvanda ticarət mərkəzindən 109 ədəd kəsici-deşici alət aşkarlandı – VİDEO

Hazırda oxunan: Naxçıvanda ticarət mərkəzindən 109 ədəd kəsici-deşici alət aşkarlandı – VİDEO

210067

Naxçıvanda 109 ədəd kəsici-deşici alət aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Bizim.Media xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən insan həyatı üçün real təhlükə yaradan müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində növbəti tədbir keçirilib. 

Nəticədə şəhər ərazisindəki ticarət mərkəzlərinin birində kəsici-deşici alətlərin satışının təşkil edildiyi mağazalar müəyyən edilib. Həmin obyektlərdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 109 ədəd kəsici-deşici alət aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Araşdırmalar davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO