Hər il yenilənən TEST VƏSAİTLƏRİ – Dəyişən məzmun yoxsa ƏLAVƏ XƏRC?

Hər il yenilənən TEST VƏSAİTLƏRİ – Dəyişən məzmun yoxsa ƏLAVƏ XƏRC?

Hazırda oxunan: Hər il yenilənən TEST VƏSAİTLƏRİ – Dəyişən məzmun yoxsa ƏLAVƏ XƏRC?

209806

Ali məktəbə qəbul olan abituriyentlərin bu yoldakı ən yaxşı bələdçiləri məhz test vəsaitləridir. Dövlət İmtahan Mərkəzinə, eləcə də müxtəlif nəşrlərə məxsus bu test vəsaitləri abituriyentlərin imtahan formasına uyğun hazırlaşması, öyrəndikləri mövzuları tətbiq etməyi üçün önəmlidir. 

Ancaq abituriyentlərin və valideynlərinin narazı olduğu məqamlar da var. Onlardan biri də testlərin suallarının və yaxud bəzi mövzularının ildən-ilə dəyişməsidir. Belə ki, şagirdlərin bir çoxunun ötən ilə məxsus  olan test vəsaitləri olsa da, aparılan dəyişikliklərə görə onlar yenidən həmin testi almağa məcbur qalırlar. 

Bu da xüsusilə, valideynlər üçün maddi çətinlik yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

Bir uşağı məktəbə yollamaq neçəyə başa gəlir? – QİYMƏTLƏR 


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən abituriyent Nuranə Fəramərzli deyib ki, evində ötən ildən qalan riyaziyyat test toplusu olsa da, imtahana hazırlıq üçün yeni nəşr olunan test toplusunu almağa məcburdur:

“Çünki yeni və köhnə nəşr arasında müəyyən fərqliliklər var. Ona görə bəzi hazırlıq müəllimləri bizim üçün gələn il məzmunu çox dəyişməyəcək, qiyməti nisbətən münasib olan testlər axtarırlar. Düşünürəm ki, köhnə və yeni nəşrlərdə suallar eyni olmasa da, bir-birinə bənzəyir”. 

Müəllimlər niyə yeni test toplusu tələb edirlər?

İngilis dili müəllimi, repetitor Müjgan Əzizova (şərti ad) test vəsaitlərinin məzmununun tez-tez  dəyişməsinin dərsliklərdəki dəyişikliklərlə bağlı olduğunu deyib:

“Məsələn, ötən il ingilis dili dərsliklərində müəyyən dəyişikliklər olduğu üçün bu il imtahanda şagirdlər esse yazdılar, növbəti ildən isə təsvirə əsasən mətn quracaqlar. Bu yeni formalar vəsaitlərə də təsir edir. 

Buna baxmayaraq, test vəsaitləri hər il yenilənsə də, şagirdləri valideynlərini düşünməyə, onları əlavə xərcə salmamağa çalışıram, 11-ci siniflərin son ili olduğu üçün yeni nəşri almaqlarını istəmirəm”. 

Müəllim qeyd edib ki, DİM-ə məxsus vəsaitlərin qiyməti nisbətən daha münasib olur.  Həmçinin, o, məsələyə bir valideyn kimi də münasibət bildirib: 

“Oğlum tarix fənni üzrə imtahana hazırlaşır, indi həm “Azərbaycan tarixi”, həm də “Ümumi tarix” testi olsa da, bəzi mövzular dəyişdiyi üçün həmin testlərin yeni nəşrlərini almağa məcburuq. Bu da 50 manat edir”. 

Təhsil eksperti Elçin Əfəndi də testlərin tez-tez dəyişməsinin tərəfdarı deyil:

“Hər il testlərin həm məzmun, həm də üslub cəhətdən dəyişdiyini müşahidə edirik. İstər test vəsaitlərində, istərsə də dərsliklərdə dəyişikliklərin olması abituriyentlərin məlumatlanması baxımından yaxşı olsa da, hər il cüzi dəyişikliklər olduğu üçün vəsaitlərin yenilənməsinin, testlərin tərtibində müəyyən dəyişikliklərin tətbiqinin tərəfdarı deyiləm”. 

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO