Yelo Bank şirnikləndirici təkliflərlə vətəndaşların cibinə necə GİRİR? – ŞİKAYƏT

Yelo Bank şirnikləndirici təkliflərlə vətəndaşların cibinə necə GİRİR? – ŞİKAYƏT

Hazırda oxunan: Yelo Bank şirnikləndirici təkliflərlə vətəndaşların cibinə necə GİRİR? – ŞİKAYƏT

208491

Azərbaycanda çox az sayda şəxs olar ki, onun banklara kredit borcu olmasın. Maddi vəziyyətinin yaxşı, yaxud pis olmasından asılı olmayaraq, əksəriyyət kredit götürməyə məcbur qalır. Amma Azərbaycanda banklarınn çoxu sərfəli faiz dərəcələri ilə kredit təklif etmir. Ən aşağı faiz dərəcəsi  ilə kredit verən bankların sayı isə tək-tükdür. 

Yelo Bankın adı da ən aşağı faiz dərəcələri ilə kredit verən banklar sırasında çəkilir və müştərilərinə 11.7% ilə kredit təklifi edir. Əlbəttə ki, kredit alınması qaydaları ölkəmizdə müəyyən şərtlərlə təmin olunur və hər bir bankın kredit vermə şərtləri fərqlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Hansı banka əmanət yatırmaq daha sərfəlidir? – ARAŞDIRMA


Amma vətəndaşları şirniikləndirici təklif və vədlərlə cəlb edib, sonra da onların ümidlərini boşa çıxarmaq nə insani, nə də hüquqi çərçivəyə sığır ki, Yelo Bank fəaliyyətini bu prinsip üzərində qurub. Bankın qanunazidd hərəkəti bir yana, üstəlik “müştəri məmnuniyyəti” məsələsini də arxa plana keçirib. 

Keçək əsl mətləbə...

Yelo Bank müştərilərinə “sərfəli” kreditdən faydalanmaları üçün durmadan zənglər edir və 11,7 faizlə kredit təklifi irəli sürür. Hətta təklifdən faydalanmaq üçün vaxt itkisindən xilas edəcək vədlər verilərək, krediti elə həmin faizlə banka getmədən onlayn sifariş etməyin mümkünlüyü qeyd ediıir. Amma banka yaxınlaşanda tamam fərqli situasiya ilə, əslində kreditin 14,5-15 faiz dərəcəsi ilə verildiyini görürsən. Səbəbini soruşduqda isə bank rəsmisi müştərini haqlı ikən haqsız duruma salır. 

Analoji hal bu günlərdə Bizim.Media-ya müraciət edən Yelo Bank müştərilərindən birinin başına gəlib:

Yelo bank vətəndaşın cibinə necə girir? 

“Yelo Bankdan mənə durmadan zənglər gəlirdi və aşağı faiz dərəcəsi ilə kredit təklif olundu. Təklifdən yararlanmağım üçün bankın əməkdaşı 28 May fililalına yaxınlaşmağımı istədi. Kreditlə bağlı müqaviləyə gələndə faiz dərəcəsinin 14,5 -15 faiz olduğunu gördüm. Səbəbini soruşanda, “kredit şərtlərimiz belədir” deyib, özlərini haqlı çıxarmağa başladılar.  

Halbuki dəfələrlə etdikləri telefon zənglərində 11,7 faizlə kredit verdiklərini bəyan edirdilər. Anladım ki, boş yerə vaxtım gedib və ilk baxışda sərfəli dedikləri kredit təklifi əslində yalandır. Sadəcə vətəndaşın cibinə girmək, hüquqlarını pozmaq  üçün şirnikləndirilmiş bir oyundur. Yelo Bank nə haqla müştərini aldadıb, onun vaxtını alır? Niyə müştərilərinə xidmətləri ilə bağlı düzgün məlumat vermirlər?” 

Demək ki, bank rəsmi saytlarında elan etdikləri kredit şərtlərindən kənara çıxaraq qanunsuz yollarla vətəndaşın cibinə girmək istəyir. 

Daha bir kredit oyunu...

Qeyd edək ki, Yelo Bankdan zaman-zaman mətbuatda çoxsaylı şikayətlər dərc olunub.  Hətta bankın öz müştərilərinin pullarını oğurlaması haqda da iddialar var. Əlavə olaraq sosial şəbəkələrdə bankın öz müştərilərindən də giley və narazılıqlar əks olunub. 

Yerli mediada dərc olunan yazılardan birində Yelo Bankın daha bir kredit oyunundan bəs edilir. Belə ki, banka kredit üçün müraciət edən şəxsin çalışdığı şirkətlə sözügedən bank arasında əməkdaşlıq olmasa, vətəndaşa kredit verilmədiyi əks olunub.

Hüquqşünaslar isə Azərbaycan daxilində istənilən şəxsin sabit gəlir mənbəyi, kredit tarixçəsi (əvvəlki kredit ödənişləri, borclar və s.), eləcə də kreditin ödənilməsi üçün təminat (bəzi hallarda əmlak girovu və ya zamin tələb olunur) tələbləri qarşılandığı halda kredit əldə edə bilməsi hüququna malik olduğunu bildirir.

Bir sözlə vətəndaşların ən çox şikayətçi olduqları Yelo Bank yuxarıda qeyd edilən faktlara görə ictimaiyyətdə etibarını itirməkdədir. 

Qaydalara görə banklar etibarını özünə qaytarmaq üçün birinci növbədə qanunlara riayət etməli, soyğunculuğa son qoymalıdır. Amma Yelo Bank bu qaydanın əksinə gedərək, müştəri məmnuniyyətinə zidd addımlar ataraq, vətəndaşları aldadır, kreditə əsassıs yerə yüksək faiz qoyur, depozit fazlərini aşağı salır və müqavilədə yazdıqlarına əməl etmir.  

Məsələ ilə bağlı Yelo Bankın mövqeyini dərc etməyə hazırıq. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO