Tariximizlə bağlı YENİ LAYİHƏ – “Azərbaycan Atabəyləri” serialı yayıma hazırlanır – EKSKLÜZİV

Tariximizlə bağlı YENİ LAYİHƏ – “Azərbaycan Atabəyləri” serialı yayıma hazırlanır – EKSKLÜZİV

Hazırda oxunan: Tariximizlə bağlı YENİ LAYİHƏ – “Azərbaycan Atabəyləri” serialı yayıma hazırlanır – EKSKLÜZİV

207857

Xəbər verdiyimiz kimi, 2022-ci ilin noyabrında “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı tarixi bədii televiziya filmi layihəsinin və tizerinin təqdimat mərasimi keçirilmişdi.  2023-cü ilin martında “AzTV”dən Bizim.Media-ya verilən açıqlamada isə filmin sentyabr ayında tamaşaçılara təqdim olunacağı bildirilmişdi.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, artıq “Azərbaycan Atabəyləri” adlı yeni filmlər silsiləsinin ilk bölümünün çəkilişləri başa çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

Atabəylər dövləti ilə bağlı serialın tizeri təqdim OLUNDU - VİDEO


“AzTV”nin layihəsi olan ekran işinin ərsəyə gəlməsində Türkiyənin “İkinci Yeni Film Production” və Azərbaycanın “Şahdağ Film Production” şirkətləri müştərək çalışırlar.

Əldə etdiyimiz digər məlumata görə isə, filmin rejissoru türkiyəli Məcid Güvəndir. Film heyətinin böyük hissəsini azərbaycanlı film mütəxəssisləri təşkil edir.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədovun sosial şəbəkə hesabında etdiyi paylaşıma əsasən apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, “Azərbaycan Atabəyləri”i filminin baş rollarında dünya şöhrətli idmançı Zabit Səmədov və Azərbaycan Respublikasının Xalq artisti Mehriban Zəki yer alıblar.  

Filmin “teaser”i sentyabr ayında yayımlanacaq. “Azərbaycan Atabəyləri”nin ilk bölümünün oktyabr ayının sonu-noyabr ayının əvvəllərində yayımlanması planlaşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO