Yer kürəsində ilk canlı hüceyrələr necə yaranıb? - SİRRİ AÇILDI

Yer kürəsində ilk canlı hüceyrələr necə yaranıb? - SİRRİ AÇILDI

Hazırda oxunan: Yer kürəsində ilk canlı hüceyrələr necə yaranıb? - SİRRİ AÇILDI

207785

Hyuston və Çikaqo universitetlərinin (ABŞ) alimləri belə qənaətə gəliblər ki, Yer kürəsində ilk canlı hüceyrələr yağışlar sayəsində əmələ gəlib. Bu proses təxminən 3.8 milyard il əvvəl baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə müvafiq araşdırma "Science Advances" elmi jurnalında dərc olunub.

Araşdırma komandası zülallar, lipidlər və RNT kimi mürəkkəb molekullardan təbii olaraq yaranan koaservat damcılarını tədqiq edib. Bu damcılar suda yağ hissəcikləri kimi hərəkət edirlər.

Tədqiqatçılar hesab edirlər ki, hələ yeni yaranmış Yerdə yağışlar zamanı şirin su koaservat damcılarının ətrafında müvəqqəti qoruyucu qabıq əmələ gətirib və bu da onların RNT-ni bir-birinə köçürməsinə mane olub. Bu fərziyyə laboratoriya təcrübələri zamanı təsdiqlənib.

Beləliklə, RNT kapsullarında mutasiyaların və digər təkamül proseslərinin baş verməsi üçün kifayət qədər vaxt olub.

 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO