Bu gün, saat 13:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindən keçən hissəsində Ordubad rayon sakini Nəcəfli Damət Elşad oğlunun idarə etdiyi “Renault” markalı, 77-CV-128 dövlət qeydiyyat nişanlı avtomobil yolu nəzərdə tutulmayan yerdən keçən 1960-cı il təvəllüdlü Əsgərova Tahirə Mirzə qızını vurub. Piyada hadisə yerində həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verlib.
Bildirilib ki, qəzadan sonra “Renault” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan 99-UB-743 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı, 10-VM-056 dövlət qeydiyyat nişanlı “MITSUBİSHİ” markalı və 77-MG-570 dövlət qeydiyyat nişanlı “Opel” markalı nəqliyyat vasitələri zəncirvari toqquşub.
Toqquşma nəticəsində Hüseynov Rahim Nəriman oğlunun idarə etdiyi “Opel” markalı avtomobil yol kənarında dayanan Əlizadə Eminbəy Faiq oğlunu vurub. Xəsarət alan E.Əlizadə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP və aidiyyəti qurumların əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:52 / 17.08.2024
Qaradağda zəncirvari qəza – Ölən və yaralananlar var - FOTO
Hazırda oxunan: Qaradağda zəncirvari qəza – Ölən və yaralananlar var - FOTO
Hazırda oxunan: Qaradağda zəncirvari qəza – Ölən və yaralananlar var - FOTO
207088
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.