Meymunçiçəyini kimlər daha AĞIR KEÇİRİR?

Meymunçiçəyini kimlər daha AĞIR KEÇİRİR?

Hazırda oxunan: Meymunçiçəyini kimlər daha AĞIR KEÇİRİR?

207043

Hazırda meymunçiçəyinə yoluxma hallarının artması bütün dünyanı təşvişə salıb. Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada meymunçiçəyi epidemiyasını qlobal fövqəladə vəziyyət elan edib.

Xəbər verdiyimiz kimi, bir çox ölkədə, o cümlədən qonşu Türkiyədə artıq bu xəstəliyə yoluxma halları qeydə alınıb. Bu da ölkəmizdə əhali arasında da narahatlıq yaradıb.

Bəs dünyada sürətlə yayılan bu xəstəliyin əlamətləri nələrdir?

İnfeksionist Vasif Əliyev Bizim.Media-ya açıqlamasında xəstəlik və onun əlamətlərindən danışıb.

“Meymunçiçəyi xəstəliyinin əlamətləri bədəndə yaranan vezukulyar yaralardır. Bu yaralar suçiçəyinə bənzəsə də, daha böyükdür və fərqli yerləşimə sahibdir. Eyni zamanda, temperatur, halsızlıq, əzələ ağrıları kimi əlamətləri də olur. Xəstəlik həmçinin, virusla təmasda olmuş əşyaların, paltarların, xəstə insanın sağlam insana təması vasitəsilə yoluxur. Əlamətlər yoluxduqdan 1-2 həftə ərzində özünü göstərir, amma, virusla təmasda olan insanı 3 həftə izləmək lazımdır”.

Xəstəliyi hansı yaş qrupları daha ağır keçirir?

“80-ci illərdən bu xəstəliyə qarşı peyvəndlər olunmasa da, ancaq yaşlı insanlar daha əvvəllər çiçək virusuna qarşı peyvənd olunub və belə olduğu halda həmin insanlar bu xəstəliyə qarşı 85% daha müqavimətlidir. Ancaq yeni nəsil buna qarşı peyvənd olunmadığı üçün bu xəstəliyi daha ağır keçirə bilər”.

İnfeksionist əlavə edib ki, bu virusa qarşı dünyada bir çox peyvənd və spesifik dərmanlar var, amma, yenə də ən yaxşı yol təmasdan qaçmaqdır.

“Düzdür, ölkəmizdə bu xəstəliyə yoluxmayla bağlı bir məlumat hələki yoxdur, olarsa, ictimaiyyətə məlumat veriləcək”.

Bu xəstəlik ölümlə nəticələnə bilər?

“Xəstəlik ağır formada keçirilərsə, ölümlə də nəticələnə bilər. Bu da diaqnozun nə qədər tez qoyulması və həkimin nəzarət altına almasıyla bağlıdır. Əlbəttə, xəstəliyin gec nəzarətə alınması ölümlə nəticələnə bilər”, - deyə Vasif Əliyev qeyd edib.

Həkim temperaturu və xüsusilə, bədəndə səpgiləri olan insanla təmasda olmamaq və belə əlamətlər olan insanların da mütləq həkimə müraciət etməsini tövsiyə edir.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO