Güclü külək bir sıra bölgələrdə fəsadlar törədib - FOTOLAR

Güclü külək bir sıra bölgələrdə fəsadlar törədib - FOTOLAR

Hazırda oxunan: Güclü külək bir sıra bölgələrdə fəsadlar törədib - FOTOLAR

20666

Gəncə,balakən və Zaqatalada  güclü külək fəsadlar törədib.

Bizim.Media xəbər verir ki, bu gün axşam saatlarından başlayan külək nəticəsində Gəncə şəhərin bəzi ərazilərində iri gövdəli ağaclar aşıb.

Bir neçə küçədə ağacın aşması nəticəsində elektrik və qaz xətləri sıradan çıxıb. Şəhərin bəzi ərazilərində qaz və elektrik enerjinin verilməsində fasilə yaranıb.
 

MÖVZU İLƏ BAĞLI:

Güclü külək Bakıda ağacları qopardı - FOTO


​​​​​​​Həmin ərazilərə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, hazırda Gəncə şəhəri ərazisində yağışla müşahidə edilən küləkli hava davam edir..

Həmçinin Balakən və Zaqatala rayonları ərazisində güclü küləklə müşahidə edilən yağışlı hava şəraiti müşahidə olunub. Güclü külək nəticəsində Balakən rayonunun Qazbinə kəndi, Zaqatala rayonunun isə Makov kəndi ərazisində iri gövdəli ağaclar yıxılıb.

Elektrik naqillərinin qırılması səbəbindən hər iki rayonun bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Zaqatalanın Makov kəndində ağac yolu bağlaması səbəbindən ətraf kəndlərə nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Aidiyyəti qurumlar və kənd sakinlərinin köməkliyi ilə qısa müddətdə yol təmizləndikdən sonra avtomobillərin hərəkəti yenidən bərpa edilib.

Elektrik enerjisinin verilməsində yaranan fasilələr axşam saatlarına aradan qaldırılıb.
Hazırda bölgədə yağışlı hava şəraiti davam edir. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO