Qiymət baha, keyfiyyət aşağı... – Kitablar niyə UCUZLAŞMIR?

Qiymət baha, keyfiyyət aşağı... – Kitablar niyə UCUZLAŞMIR?

Hazırda oxunan: Qiymət baha, keyfiyyət aşağı... – Kitablar niyə UCUZLAŞMIR?

206631

Hər il olduğu kimi bu il də vətəndaşlar kitabların qiymətinin baha olmasından şikayətlənirlər. 2022-ci ildə kitabların satışında ƏDV-nin ləğvindən sonra qiymətlərin ucuzlaşacağı gözlənilirdi.

Qiymətlərin ucuzlaşmamağı ilə bərabər kitabların keyfiyyəti də narazılıq doğurur. Bəzi oxucular tərcümələrdəki səhvlərdən, kimisi işlədilən kağızın keyfiyyətsizliyindən, kimisi də yazıların şriftinin gözləri yorduğundan gileylənir.

Bəs kitab bazarında qiymətlər niyə bahadır?

“Altun-kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov Bizim.Media-ya bahalığın səbəblərindən danışıb.

“Kitablarda qiymətin bahalığı tirajın azlığı ilə bağlıdır. Hər bir kitabın nəşrində ilkin, birdəfəlik xərclər var: müəllif, redaktor, korrektor, dizayner, rəssam və s. Bu xərclər kitabın tirajına bölünür. Əgər tiraj böyükdürsə, hər kitaba düşən nəşr xərci az olur. Əks halda çoxalır. Deyək ki, 1000 nüsxə çap olunacaq kitabın nəşr xərcləri 3000-ə başa gəlibsə, deməli, hər kitabın qiymətinin üzərinə 3 manat gəlir.

Üstəgəl mətbəə-istehsal xərcləri və yayım xərcləri də nəzərə alınmalıdır. Bundan əlavə, nəşriyyat da kommersiya şirkətidir. Özünü ayaqda saxlamaq üçün maya dəyərin üzərinə əlavə dəyər də qoymalıdır. Bu gün Azərbaycanda kitab satışı hesabına ayaqda duran 2-3 nəşriyyat var. Başqaları kənardan qazanıb, kitaba sərmayə qoyurlar”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO