Xaçmazlıların qış AZUQƏSİ – Fındıq yığımında SON VƏZİYYƏT – FOTO/VİDEO

Xaçmazlıların qış AZUQƏSİ – Fındıq yığımında SON VƏZİYYƏT – FOTO/VİDEO

Hazırda oxunan: Xaçmazlıların qış AZUQƏSİ – Fındıq yığımında SON VƏZİYYƏT – FOTO/VİDEO

205859

Xaçmaz rayonunda fındıq yığımına başlanılıb .

Rayonun əksər kəndlərində bu meyvə yetişdirilsə də, əsasən Dədəli İnzibati Ərazi Dairəsinə daxil olan Kiçik Baraxum, Sibiroba, Nağıoba, Palıdlı, Hacı Abdrahmanoba, Dədəli kəndlərində fındıqçılıq daha çox inkişaf edib. Hazırda yığımın ən qızğın dövrüdür. İş adamları və ayrı-ayrı sakinlər məhsulu həm bazara çıxarır, həm də fındıq qəbulu məntəqələrinə təhvil verir. 

Sakinlərin sözlərinə görə, hazırda yığılan fındıq qəbul məntəqələrinə 1 manat 30 qəpiyə, qabıqsız isə 2 manat 20 qəpik-2 manat 50 qəpiyə satırlar. 

Daxili bazarda da qiymət eynidir

Müşahidələrimiz göstərir ki, fındıq becərən sakinlərin çoxu məhsulun satışını qışa saxlayır. Çünki qışda qiymət daha sərfəlidir. Həmin vaxt fındığın 1 kiloqramı 4 manat 50 qəpik-5 manat arası dəyişir, bəzən qiymət bazara uyğun olaraq 6 manata da çatır. 

“Fındıq kəndlinin qış meyvəsidir”, - desək daha məqsədəuyğun olar. Saxladığı fındığı ərzaq məhsulları dəyişmə yolu ilə satanlar da var.

Xaçmaz fındığının dadı qonşu Rusiya və digər xarici ölkə alıcılarının da marağını cəlb edir. İdxalla məşğul olan iş adamlarının qənaətinə görə, Xaçmazın ağ gilası, şaftalısı kimi fındığı da keyfiyyətinə görə əcnəbilərin həmişə diqqətini çəkir.

Xaçmazda nə qədər fındıq bağı var?

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-ya məlumat verilib ki, rayonda 11674 hektar fındıq bağından 6425 hektarı bar verəndir və bu sahələrdə hazırda yığım gedir: 

“Məhsul keçən illə müqayisədə bu il daha boldur. Hava şəraitindən asılı olaraq fındığın itkisiz və tez yığılması planlaşdırılıb. Yığım başlayandan bu günə kimi 120 ton məhsul yığılıb və davam edir. Keçən ilin bu günündə 300 ton fındıq yığılmışdı. Bu il yığıma bir neçə gün gec başlanılması hava şəraitinə görə olub. Məhsulun indi satılmasını və ya qışa saxlamasını isə kəndli özü müəyyən edir.

Xaçmazda 5 fındıq emalı zavodu, 20 qəbul məntəqəsi fəaliyyətdədir, istəyən bu məntəqələrə satır, istəməyən isə qış azuqəsi üçün saxlayır. Keçən il rayonda məhsuldarlıq hektardan 13,8 sentner olub, bu ilki nəticə yığımın sonunda məlum olacaq”.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO