Biləsuvarda bağçaya qəbulda TRAGİKOMEDİYA – Elektron sistem əkizlərdən birini QƏBUL etmədi

Biləsuvarda bağçaya qəbulda TRAGİKOMEDİYA – Elektron sistem əkizlərdən birini QƏBUL etmədi

Hazırda oxunan: Biləsuvarda bağçaya qəbulda TRAGİKOMEDİYA – Elektron sistem əkizlərdən birini QƏBUL etmədi

205309

20 illik ailə həyatını uşaq səsi olmadan keçirən Qasımovlar ailəsinin övlad həsrətinə iki il əvvəl son qoyulub. Ailə əkiz qızlarına Mələk və Cənnət adlarını qoyublar. Əkizlərin həmişə bir ağlayıb bir gülməsini, eyni saatda yuxulayıb, eyni vaxtda qidalanmaq istəklərini də müşahidə edib. Yəni əkizlər doğuşdan bir-birlərinə zahirən yox, hissən bağlanıblar. Bir sözlə, bir-birlərindən ayrı dayana bilməyən əkizləri deyəsən, bağça həyatı ayrı salacaq…

Biləsuvar şəhər 1 saylı Körpələr evi-uşaq bağçasına qəbul planı 15 nəfər üçün olduğundan Mələk Qasımova sıralamada birinci, Cənnət isə on yeddinci olub. Beləcə, bağçanın azyaşlı qrupuna əkizlərdən yalnız birinin qəbulu mümkün olub.

Atanın sözlərinə görə, azyaşlı əkizlər bu ayrılığı göz yaşları ilə qarşılayıblar.

Məsələ ilə əlaqədar Bizim.Media-nın sorğusunu cavablandıran Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı Aybəniz Hüseyinzadə bildirib ki, əkizlərin növbəyə yazılma prosesi arasında 1 dəqiqəyə yaxın fərq olması nəticəsində digər əkiz sistemə düşə bilməyib, yəni bağçadan kənarda qalıb:

“Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron formada aparılır. Qaydalara uyğun olaraq valideyn bq.edu.az saytı vasitəsilə növbə yaradır. Müraciət olunan bağçada boş yer olarsa, növbə sorğuya keçir, yəni uşaq məktəbəqədər təhsil müəssisəsinə qəbul edilir. Proses zamanı növbənin yaradılma vaxtı saat, dəqiqə və saniyə də nəzərə alınmaqla əsas rol oynayır. Vətəndaşın müraciəti ilə bağlı qeyd edirik ki, onun əkiz övladlarının növbəyə yazılma prosesi arasında 1 dəqiqəyə yaxın fərq olub. Həmin zaman kəsiyində 20 nəfər növbəyə yazılıb.

Elektron sistem daha tez yaradılmış növbələri sorğuya çevirib. Mövcud qaydaların tələblərinə uyğun olaraq növbəyə yazılmış digər valideynlərin hüquqlarının qorunması üçün vətəndaşa növbəsini gözləmək tövsiyə edilir".

Xanım əməkdaşın sözlərinə görə vətəndaşa digər alternativ icma əsaslı təhsil müəssisələri təklif edilib.

Azyaşlı qızları bağça problemi yaşayan Elşad Qasımov isə ona belə bir alternativ təklif edilmədiyini, hətta təklif edilsə belə, hər gün uzaq məsafədə yerləşən digər müəssisələrə getməyin problem olduğunu, qızlarını yaşadığı ərazi üzrə bağçaya vermək istədiyini bildirdi:

"Necə olur ki, orduya əkiz qardaşları bir yerdə aparırlar. Niyə bu hüquq qız uşaqlarına da şamil edilməsin? Son illərdə qız uşaqlarının hüquqlarının qorunması, onların təhsilinə qayğının artmasını görürük, eşidirik. Bu baxımdan, iki qız atası kimi mənim qarşılaşdığım problemin də həll edilməsini istəyirəm”, deyə ata gileylənib.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO