Keçmiş deputatın 157 min manatını "ələ keçirən" şəxsə HÖKM OXUNDU

Keçmiş deputatın 157 min manatını "ələ keçirən" şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Keçmiş deputatın 157 min manatını "ələ keçirən" şəxsə HÖKM OXUNDU

204267

Külli miqdarda dələduzluqda ittiham olunan “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən T.Nəcəfov 7 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, iş üzrə üç nəfər zərərçəkmiş qismində tanınıb. Bunlardan biri keçmiş deputat Hacı Salayevdir. Təqsirləndirilən şəxs eks-deputatla Yasamal rayonu, H.Cavid küçəsində yerləşən beşmərtəbəli fərdi yaşayış evinə Almaniya istehsalı olan liftin xaricdən sifarişi üçün 157 min 916 manatlıq müqavilə imzalayıb. Lakin vədinə əməl etməyib, onun pulunu ələ keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO