Qubada körpünün uçmasına RƏSMİ REAKSİYA - FOTO/VİDEO

Qubada körpünün uçmasına RƏSMİ REAKSİYA - FOTO/VİDEO

Hazırda oxunan: Qubada körpünün uçmasına RƏSMİ REAKSİYA - FOTO/VİDEO

204038

"Quba-Xınalıq yolunun 42-ci km-də Əlik körpüsünün uçması barədə məlumatlıyıq. Son günlər bölgədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar yağan intensiv yağışlar nəticəsində gələn güclü sel Quba-İspik-Xınalıq yolunun  42-ci km-də Əlik çayı üzərindəki körpünü bu geçə saat 4-də uçurub.

2006-cı ildə inşa edilmiş, uzunluğu 11,5 metr olan körpünün bir aşırımını sel dağıdıb. Yol bağlanıb.

Hazırda nəqliyyat vasitələri Quba və əks  istiqamətə  Quba-Susay-Alpan-Xınalıq yolu ilə hərəkət edirlər".
 

MÖVZU İLƏ BAĞLI:

Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - FOTO/VİDEO


Bu açıqlamanı Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli verib.

Onun sözlərinə görə, tezliklə Əlik körpüsünün bərpasına başlanılacaq.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO