Son zamanlarda gənclərin böyük əksəriyyəti evlənməkdən, ailə qurmaqda çətinlik çəkirlər. Qadınlar kişilərdən, kişilər isə qadınlardan narazıdır.
Bu cür vəziyyətin ortaya çıxmasına əsas səbəb kimi cəmiyyətdə sosial rollarda dəyişikliklərin olması göstərilir.
Maraqlıdır, hər iki cinsin nümayəndələri öz vəzifələrini niyə bilmirlər?
MÖVZU İLƏ BAĞLI:
“Qızların evdən qaçmasıyla bağlı nə qədər danışsaq da...” – Psixoloqdan aidiyyəti qurumlara sərt TƏNQİD
Psixoloq Samirə Bağırova Bizim.Media-ya bildirib ki, istər qadınlar, istərsə də kişilər evlilik anlayışının nə olduğunu bilmirlər:
“Düşünürəm ki, evlilik üçün qaydalar bir az qəlizləşməlidir. Həmçinin boşanmaq da bu qədər asan olmamalıdır. Ən böyük problemdən biri də odur ki, boşanan ər və arvad uşağı ölkədən kənara çıxarmaq üçün, iki valideyndən biri icazə kağızı verməlidir, amma bu mövzuda razılığa gələ bilmirlər.
Bu məsələdə ən çox maneə yaradan tərəf kişilər olur
Məsələn, narkoman, yaxud qatil, cəmiyyət üçün təhlükəli psixi pozuntusu olan biri həbsxanadadır və ana uşağı ilə digər ölkəyə köçmək istəyir. Di gəl ki, həbsdə olan ata icazə kağızı vermir və üstəlik həbsdən çıxan kimi qadını öldürməklə təhdid edir. Düşünürəm ki, buna görə qanun bir tədbir görməlidir. Həbsə gedən tərəf törətdiyi cinayət səbəbinə görə, evliliyindən və uşağın xaricə uçuşu barədə icazəsindən məhrum olmalıdır.
Şəxs həbsdə olduğu müddətdə nümunəvi davranış göstərdiyi təqdirdə, azad olunduqdan sonra yenidən evliliyini rəsmiləşdirməsi daha məntiqlidir. Yoxsa adam həbsdə olduğu müddətdə ailəsi şantajlarla, psixoloji basqı altında onunla bərabər məhkum həyatı yaşayır.
Eyni zamanda həm evlilik, həm boşanma üçün düşünmə vaxtı uzadılmalıdır
Hər iki halda qanun çərçivəsində böyük məbləğ ödənilsə, insanlar münasibətlərinə daha diqqətli yanaşmış olarlar. Çünki pula qarşı çoxu həssas olduğu üçün, evlilik münasibətində qanuna ödədiyi böyük məbləğə görə daha diqqətcil olmağa məcbur olacaq.
Xanımlar gender bərabərliyini yanlış anlayaraq müstəqil, karyerist, daha güclü olmağa can atmağa başladılar. Təbii ki, kişinin öhdəliklərini üzərinə götürüb, kişi qədər güclü olduğunu sübut etməyə çalışır.
Əsrlər boyu qadınlar basqıda qaldığı üçün özünüsübut hissi öndədir. 6 il öncə də demişdim ki, məhz bizim ölkədə zamanla kişilər həm fiziki, həm xasiyyətcə qadınlaşacaq və cəmiyyətdəki qadınlar bundan şikayət edəcəklər, yoldaşlarını qadınla tutanda sevinəcəklər. Halbuki o kişiləri tərbiyələndirən məhz qadınlar özləridir. Mənəviyyatlı fərd yetişdirmək üçün, tərbiyə edənin mənəviyyatı olmalıdır”.
Nuranə Daxilqızı, Bizim.Media