İmişlidə dəhşətli qəza olub, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

İmişlidə dəhşətli qəza olub, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Hazırda oxunan: İmişlidə dəhşətli qəza olub, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

203458

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə saat 17 radələrində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Qulubəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı “Mitsubishi” markalı minik avtomobili və “Ford” markalı yük maşını toqquşub, qəza nəticəsində yük maşını aşıb. 
Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım heyəti, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, Dövlət Yol Polisinin əməkdaşları cəlb ediliblər. 

Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər çıxarılıb.

Hadisə nəticəsində xəsarət alan üç nəfər - İbrahim Xəlil Nizami, Atamoğlan Nazim oğlu Məmmədov, Nofel Fərmayil oğlu Eyvazov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO