Kürdəmirdə “Niva” aşdı: Xəsarət alanlar var – FOTO  

Kürdəmirdə “Niva” aşdı: Xəsarət alanlar var – FOTO  

Hazırda oxunan: Kürdəmirdə “Niva” aşdı: Xəsarət alanlar var – FOTO  

203236

Kürdəmirdə ağır yol qəzası baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki,”Niva” markalı maşının sürücüsü Kürdəmr istiqamətində olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və bir neçə dəfə firlanaraq aşıb.

Qəza zamanı avtomobildə olan iki nəfər - Füzuli rayon sakinləri 28 yaşlı Rzazadə Asim Eyvaz oğlu və 27 yaşlı Məmmədli Fərid Səyyah oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır. 

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO