Azərbaycan Milli Mətbuatının 149-cu ildönümü Qubada xüsusi proqramla qeyd olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə Quba rayon İcra Hakimiyyətinin rəhbərliyi və mətbuat nümayəndələri Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edib və abidə önünə gül dəstələri düzüblər.
Sonra rayon rəsmiləri və media mənsubları tərəfindən "Media Şəhidləri" parkı ziyarət olunub.
Qarabağ münaqişəsində həlak olan mətbuat nümayəndələrinin əziz xatirəsi ehtiramla yad edilib. Sonra Quba İH başçısı İlqar Mahmudov "Media Şəhidləri " parkında jurnalistlərlə çay-şirniyyat süfrəsi arxasında səmimi söhbət aparıb.
Media mənsublarını əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımıızn yaranma günü münasibəti ilə təbrik edən İlqar Mahmudov onların hər birinə uğurlar və sağlamlıq,zehin açıqlığı arzulayıb.
Mətbuat nümayəndələri ilə ilk dəfə görüşən rayon rəhbəri bildirib ki, vicdanlılığı və obyektivliyi sevən Azərbaycan mediasının doğru sözə ciddi ehtiyacı var və jurnalistlər bu meyarı əldə əsas tutmalıdırlar. Görüş zamanı jurnalistlər Quba İH başçısına öz arzu və təkliflərini çatdırıblar. İlqar Mahmudov öz növbəsində rəhbərlik etdiyi qurumun media ilə əlaqələrinin normal və yüksək səviyyədə olacağının anonsunu verib.
Sonda Quba İH başçısı İlqar Mahmudov jurnalistləri təşəkkürnamə və hədiyyə ilə təltif edib.Təltif edilənlərin sırasında Bizim.Media informasiya portalının şimal bürosunun müxbiri Aytəkin Alxaslı da var.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:59 / 22.07.2024
Qubada Milli Mətbuat Günü belə qeyd olundu – FOTO
Hazırda oxunan: Qubada Milli Mətbuat Günü belə qeyd olundu – FOTO
Hazırda oxunan: Qubada Milli Mətbuat Günü belə qeyd olundu – FOTO
203087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.