Bakıda kişi tanışını itələyərək öldürməkdə şübhəli bilinir

Bakıda kişi tanışını itələyərək öldürməkdə şübhəli bilinir

Hazırda oxunan: Bakıda kişi tanışını itələyərək öldürməkdə şübhəli bilinir

202719

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Emin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya Suraxanı Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, araşdırma zamanı Musa İbadullayevin tanışı Emin Məmmədovu itələməsi nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Musa İbadullayev iş üzrə şübhəli şəxs qismində tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO