Natiq Qasımovun təkbaşına döyüşdüyü məbəddən VİDEOREPORTAJ

Natiq Qasımovun təkbaşına döyüşdüyü məbəddən VİDEOREPORTAJ

Hazırda oxunan: Natiq Qasımovun təkbaşına döyüşdüyü məbəddən VİDEOREPORTAJ

202568

Xəbər verdiyimiz kimi 25 iyun 2024- cü il tarixində Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova Milli Qəhrəman adı verilib. 

Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi ilə Mingəçevirə köçüb və o, orta məktəbi həmin şəhərdə bitirib. 

Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə vətənə qayıdıb və elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Süni intellekt Milli Qəhrəmanımızı canlandırdı - VİDEO


Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb.

1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar.

22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.

Bizim.Media-nın çəkiliş qrupu Xocalıda yerləşən və Natiqin 5 gün savaşdığı Alman məbədində olub. Natiqin ailə üzvləri ilə birlikdə onun ermənilərə gözdağı verdiyi  məbəddə şəhidimizin qəhrəmanlığından  danışılıb.

Əməkdaşlarımızın hazırladığı həmin videosujeti təqdim edirik.

Aytəkin Alxaslı, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO