“Barış Manço ölkələr, xalqlar arasında bir körpü idi”x9d-  Etibar Babayevdən yeni kitab

“Barış Manço ölkələr, xalqlar arasında bir körpü idi”x9d- Etibar Babayevdən yeni kitab

Hazırda oxunan: “Barış Manço ölkələr, xalqlar arasında bir körpü idi”x9d- Etibar Babayevdən yeni kitab

202027

Barış Manço 1943-cü ildə, yanvarın 2-də dünyaya gəlib. O, müasir Türk Dünyasının ən parlaq və ən populyar simalarından biri olub. Oxuduğu şərqilərin bəstəsi və sözləri əsasən özünə aiddir. Bu insan gənc yaşlarından yorulmaq bilmədən çalışıb. 1988-ci ildən TRT-də yayınlanan "7-dən 77"yə proqramı isə, sözün əsl mənasında böyükdən-kiçiyə hər kəsin baxdığı maarifləndirici veriliş onun şöhrətini daha da artırıb. Barış Manço yüzdən çox ölkədən müxtəlif verilişlər çəkib. Dünyanı türklərə, Türkiyəni də dünyaya tanıdıb. Azərbaycanda da bir neçə dəfə gəlib. Barış Mançonun sayıb-seçilən dostlarından olan tanınmış jurnalist Etibar Babayev yeni kitabına "Barış körpüsü" adını təsadüfən verməyib.xa0

Etibar Babayev Moderator.az-a açıqlamasında bu barədə məlumat verib: “Barış ölkələr, xalqlar arasında bir körpü idi. Barış Mançonun özü də "dünya kiçik, bir qardaş" deyərmiş. Bu almala gedən yolda Barış Mançonun pillə-pillə ucalmasını, qarşısına çıxan əngəllərin, qazandığı uğurların, nailiyyətlərin mənzərəsini əks etdirən kitaba öz sözünü Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov yazıb. Kitabın üzqabığını Türkiyədə yaşayan həmyerlimiz rəssam Aydın Süleymanzadə işləyib”x9d.

Kitabda oxuculara təqdim olunacaq xeyli sayda orijinal fotolar daxıl edilib. "Mütərcim" nəşriyyatında nəşr olunan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO