Bakıda quldurluq edən şəxslər tutuldu

Bakıda quldurluq edən şəxslər tutuldu

Hazırda oxunan: Bakıda quldurluq edən şəxslər tutuldu

20178

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Səfərov mayın 2-də B.Nuriyev küçəsində naməlum şəxslərin onu bıçaq və tapançaya bənzər əşya ilə hədələyib 1700 manat pul tələb etdiyini, vermədikdə isə 600 manat dəyərində mobil telefonunu aldıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, quldurluğu törətməkdə şübhəli bilinən C.Musayev, F.Musayev, E.Məmmədov, X.Qocayev və əvvəllər məhkum olunmuş R.Sarızadə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO