Şəkiyə qonaq gələn Bakı sakinləri qəzaya düşdü

Şəkiyə qonaq gələn Bakı sakinləri qəzaya düşdü

Hazırda oxunan: Şəkiyə qonaq gələn Bakı sakinləri qəzaya düşdü

201589

Şəkiyə qonaq gələn Bakı sakinləri qəzaya düşüb. Rayonun Oraban kəndi ərazisində baş verən qəzada qadın xəsarət alıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Oğuzdan Şəki istiqamətində hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yoldan çıxaraq meşəlik əraziyə aşıb.   

Qəza zamanı sürücü, Bakı şəhər sakini Teymur Əliyev yüngül xəsarət alsa da onun avtomobilindəki sərnişin 40 yaşlı Günay Baxşəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

Qadına ilkin tibbi yardım göstərilib və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırmalar başlanılıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO