Yeni tədris ilinin dərsliklərində YENİLİKLƏR OLACAQ? - VİDEO

Yeni tədris ilinin dərsliklərində YENİLİKLƏR OLACAQ? - VİDEO

Hazırda oxunan: Yeni tədris ilinin dərsliklərində YENİLİKLƏR OLACAQ? - VİDEO

201459

Sentyabr ayından etibarən məktəblərdə dörd fənn yeni məzmunda tədris olunacaq.

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin yeni qərarına əsasən 6-cı  sinif üzrə coğrafiya, 7-ci sinif üzrə isə kimya, fizika, biologiya fənlərinin tədrisində dəyişikliklər nəzərdə tutulur. 

Belə ki, həmin dərsliklərdə əldə edilən nəzəri biliklərin praktiki olaraq tətiq olunması üçün dərsliklərdə olan mövzular sadələşdiriləcək. 

Bu isə öz növbəsində əldə edilən biliklərin şagirdlər tərəfindən  daha aydın şəkildə qavranılmasına şərait yaradacaq.

Elm və Təhsil Nazirliyinin əməkdaşı Günel Seyidova onu da əlavə edib ki, yeni məzmunda yalnız fənlərin tədrisi ilə bağlı qaydalar deyil, eyni zamanda kitabların çəki baxımından ağırlığının azaldılması məsələsi də nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO