Ermənistan öz yalanları ilə Hitlerin son günlərini xatırladır

Ermənistan öz yalanları ilə Hitlerin son günlərini xatırladır

Hazırda oxunan: Ermənistan öz yalanları ilə Hitlerin son günlərini xatırladır

2012

Hitler də müharibədə məğlubiyyətinin son dönəmlərində ziddiyətli, bir-birini təkzib edən çıxışlar edirdi, tədbirlər keçirirdi, yalan xəbərlər yayırdı. Nəticə etibarı ilə bu onu məğlubiyyətdən xilas etmədi.

Bizim Media xəbər verir ki, bu sözləri millət vəkili Bəhruz Məhərrəmov Ermənistanın təxribat xarakterli yalan, saxta xəbərlərinə və gələcək təxribatlar üçün zəmin hazırlaması məsələsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan bu addımları ona görə atır ki, ATƏT-in Minsk qrupunun bəzi həmsədrləri və digər dövlətlər işğalçı ölkəyə münasibətdə həmişə eyni mövqe sərgiləyiblər:

“Sözügedən dövlətlər, həqiqət nə olursa-olsun, Ermənistanın deyəcəklərinə inanmağa hazır olan ölkələrdir. Eyni zamanda, onları silah-sursatla, siyasi dəstəklə təmin edir, bütün dediklərini tirajlayırlar”.

“Ermənistan məhz onlara arxalanıb bu addımları atır, başqa bir tərəfdən də müəyyən qədər 90-cı illərin “özgüvəni” qalıb. Xocalı soyqırımını törədəndə, dünyanın ən azı 80%-i faciənin Azərbaycanın Ermənistana qarşı törətdiyinə inanmışdı. Amma indi informasiya texnologiyaları dövründə yaşayırıq, media qurumlarına o vaxtki basqı, nəzarət yoxdur, hər kəsin əlində telefon var”.

Bəhruz Məhərrəmov hesab edir ki, Ermənistanın ikinci çıxış yolu yoxdur və saxta addımları atmağa məcburdur:

“Bu ölkədə hələ də Hadrutun və digər ərazilərin Ermənistanda olduğunu düşünənlər var. Amma istənilən halda, artıq Ermənistan siyasi rəhbərliyi məğlub olduğunu anlayıb və son çabalarını xərcləyir”.

“Bütün bu addımları son cırpınışları kimi dəyərləndirilməlidir."

"Biz dünyaya haqq səsimizi artıq çatdıra bilirik, səsimizi ona görə eşidirlər ki, biz 90-cı illərdəki kimi zəif deyil, vahid, mərkəzi idarəetmə sistemi, xalq, dövlət, ordu birliyi olan dövlətik. İrəliləyən və müharibənin qalib tərəfi bizik”.

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO