İmtahan verən müəllimlər də özlərinə müəllim “TUTUR” – Onlar öz biliklərinə GÜVƏNMİR? 

İmtahan verən müəllimlər də özlərinə müəllim “TUTUR” – Onlar öz biliklərinə GÜVƏNMİR? 

Hazırda oxunan: İmtahan verən müəllimlər də özlərinə müəllim “TUTUR” – Onlar öz biliklərinə GÜVƏNMİR? 

200551

İyulun 2-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Test imtahanları ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək. 

Qeyd edək ki, test imtahanında ixtisas üzrə minimum 34 bal, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar. 

Maraqlısı isə odur ki, repetitora gedən abituriyentlər kimə sertifikasiya imtahanında iştirak edən, hətta MİQ-ə hazırlaşan müəllimlərin böyük əksəriyyəti özünə müəllim tutur, yəni repetitora müraciət edir. 

İmtahan sualları çətindir, yoxsa müəllim olmaq istəyən şəxslər öz bilik və bacarıqlarına güvənmir?

Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya bildirib ki, burada söhbət onların öz biliklərinə inamsızlığından getmir, məqsəd yüksək nəticə göstərməkdir:

“Müəllimlərin əksəriyyəti mövcud təhsil sistemi barədə (red: kurikulum təhsil sistemi) bilikli deyil. Kurikulumla bağlı biliklərə sahib olanlar yeni dövrün pedaqoji istiqamətləri üzrə təhsil alanlarıdır. Yəni onlar bakalavr pilləsinə 2019-cu ildən qəbul olunublar və buna qədər ümumtəhsil məktəblərində kurikulum əsasında təhsil alıblar. Amma orta yaşlı və ya yaşı 30-un üzərində olan müəllimlər isə öz bilik və bacarıqlarını kurikulum istiqamətində inkişaf etdirməyə maraqlıdırlar”. 

Ekspert bildirib ki, MİQ imtahanlarında 80 sual ixtisas fənnindən olur və hər sualın düzgün cavabı 2 balla qiymətləndirilir:

“Tədris metedologiyası (kurikulum) ilə bağlı isə 20 sual olur və hər biri 1 balla qiymətləndirilir. Ona görə də yüksək bal toplamaq müəllimlərə vacibdir ki, vakansiya zamanı istədikləri yeri seçə bilsinlər. 

Əslində könül istər ki, onlar mövcud proqramı daha yaxşı bilsinlər, əlavə hansısa hazırlığa ehtiyac duymasınlar, amma testlərlə işləmək bacarıqlarının formalaşdırılması üçün repetitorlara üz tutmaq məcburiyyətində qalırlar. İstisna hallarda kimsə öz bilik və bacarıqlarına güvənərək imtahanda iştirak edir. 
Builki MİQ imtahanında 61 minə yaxın şəxs iştirak edir. Onlardan təxminən 20%-i öz bilik və bacarıqları hesabına, digərləri isə repetitor hazırlığı ilə imtahanda iştirak edəcəklər”.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO