Şəkidə fərdi yaşayış evi YANIB - VİDEO

Şəkidə fərdi yaşayış evi YANIB - VİDEO

Hazırda oxunan: Şəkidə fərdi yaşayış evi YANIB - VİDEO

200501

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki şəhərinin Çələbixan qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 91 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxi, sanitar qovşağı 21 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO