"Ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun hüquqi varisi təyin olunub. Amma bu, hələlik sirr kimi saxlanılır, prosesin sonunda açıqlanacaq".
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Əhməd Əhmədovun vəkili Sənan Hüseynov deyib.
O bildirib ki, növbəti məhkəmə prosesində zərərçəkmişin ifadəsi açıqlanacaq və hüquqi varislərinin dindirilməsi olacaq:
"Hüquqi varisin kim olacağı hələ sirr kimi qalır. Məhkəmənin sonunda bu barədə məlumat verəcəm. Ə.Əhmədov proses çərçivəsində özünü təqsirli bildi. İctimaiyyətdə ailənin mülk məsələsi ilə bağlı fikir formalaşıb. Artıq dərəcədə xahiş edirik ki, mülk söhbətləri yazılmasın, ailə üzvlərinin özü də bu məsələdən dolayı çox əziyyət çəkir".
Qeyd edək ki, bu gün ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Əhməd Əhmədov ailə üzvlərini qətlə yetirdiyini etiraf edib, ifadə vermək istəməyib.
Bu ilin fevral ayında Əhməd Əhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Xatırladaq ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 04.07.2024
Əhməd Əhmədovun hüquqi varisi kimdir? - Vəkilindən AÇIQLAMA/VİDEO
Hazırda oxunan: Əhməd Əhmədovun hüquqi varisi kimdir? - Vəkilindən AÇIQLAMA/VİDEO
Hazırda oxunan: Əhməd Əhmədovun hüquqi varisi kimdir? - Vəkilindən AÇIQLAMA/VİDEO
200413
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.