“Riyaziyyat müəllimlərinin məsələ həlli ilə bağlı suallarda çətinlik çəkdiyini müşahidə edirik”.
Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev 2024-cü ildə keçirilən sertifikatlaşdırma prosesinin nəticələrinə dair hesabat tədbirində deyib.
MÖVZU İLƏ BAĞLI:
Nazir sertifikasiyada yüksək nəticə göstərən müəllimləri bir araya TOPLADI
“Dil və ədəbiyyat müəllimlərinin oxu bacarıqlarının tətbiqində çətinlik çəkdiyini görürük. Gələcəkdə məsələ həlli, oxu bacarıqları və ingilis dili üzrə oxuma-dinləmə üzrə biliklərin daha da artırılması məqsədilə addımlar atılacaq” - deyə nazir bildirib.
Nuranə Daxilqızı, Bizim.Media