Qayın yeznəsini niyə öldürüb? - Dəhşətli hadisənin TƏFƏRRÜATLARI

Qayın yeznəsini niyə öldürüb? - Dəhşətli hadisənin TƏFƏRRÜATLARI

Hazırda oxunan: Qayın yeznəsini niyə öldürüb? - Dəhşətli hadisənin TƏFƏRRÜATLARI

19919

Xəbər verildiyi kimi ötən gün Siyəzən rayonunun Zarat kəndində qətl hadisəsi yaşanıb. Kənd sakini Qabil Əliyev qohumu Hüseyn Hüseynovu bıçaqlayaraq öldürüb. Hadisənin şəxsi münasibətlər zəmnində baş verdiyi bildirilsə də, olay səbəbinin təfərrüatları açıqlanmır. 

Bizim.Media qətl hadisəsinin təfərrüatlarını öyrənməyə çalışıb. 

Siyəzən rayonu Zarat kənd bələdiyyə sədri İmran Cəfərov saytımıza açıqlamasında olay iştirakçılarının qayın yeznə olduğunu deyib:

“Hər iki şəxs gözəl insanlardır. Qətlə yetirilən Hüseyn Qabilin yeznəsidir. Evlidir, iki azyaşlı övladı qaldı. Onların arasında əvvəllər də bir neçə dəfə münaqişə yaşanıb. Qabilin hardasa 20-21 yaşı var, subaydır, namaz qılan, oruc tutan bir insandır. O uşaqdan qətl hadisəsini gözləmək olmazdı. Sözün açığı inanmağım gəlmir ki, Qabil adam öldürüb. Səhv etmirəmsə Qabilin bacısı boşanmaq istəyirdi. Bu səbəbdən Hüseynlə Qabil yüngülvari problemlər yaşayırdılar. Amma son olay həddinə gəlməmişdi”.

Qeyd edək ki, faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Qabil Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO